Gürcüstanın Qori şəhərində keçmiş prezident Mixail Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyasının ofisinə hücum edilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, insidentlə əlaqədar iki nəfər saxlanılıb. Onlardan biri 1994-cü il təvəllüdlü Q.K., digəri 1966-cı il təvəllüdlü Q.B.-dir.

Onlar partiyanın ofisinin şüşələrini sındırıblar. Saxlanılanları 3 ilədək həbs gözləyir.

İstinadlar Qafqazinfo