Gürcüstan hökuməti “Biznes üçün 100 investisiya təklifi” layihəsi çərçivəsində sabiq prezident Mixail Saakaşvilinin iqamətgahını satıb.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib. Mestia qəsəbəsində yerləşən iqamətgah 7,5 milyon lariyə (2,7 milyon dollar) satılıb.

2011-ci ildə tikilən binanın hazırkı sahibi “Aiqvinis saxli” şirkətidir. Sənədləşmə işlərindən sonra şirkət 42 ay ərzində iqamətgahda mehmanxana açmağı planlaşdırılır.

İstinadlar Qafqazinfo