Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı həbsxanadan ilk fotosu yayılıb.

Sözügedən foto Saakaşvilinin rəsmi hesabında paylaşılıb.

“Mixail Saakaşvili onu dəstəkləmək üçün Rustavi həbsxanasının yanında toplanmış tərəfdarlarını salamlayır”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili oktyabrın 1-i saxlanılıb və 12 saylı Rustavi həbsxanasına göndərilib.