Gürcüstanın sabiq prezidenti, eləcə də Odessa  vilayətinin eks-qubernatoru Mixail Saakaşvili “Yeni qüvvələr hərəkatı” partiyasının Ali Radaya iyulun 21-də keçiriləcək seçkilərinə qatılmayacağını elan edib.

Bu barədə Saakaşvili özünün “Facebook” səhifəsində bildirib.

Siyasətçi müraciətində seçiciləri Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın qulu” partiyasına səs verməyə çağırıb. O bildirib ki, dövlət başçısının partiyasına müstəqil hökumətin yaradılması üçün gərək olan faizi toplamağa kömək etmək lazımdır.

“Zelenskiyə “qoca” siyasətçilərə güzəştə getməməklə,  səs çoxluğunu toplamağa şans vermək lazımdır”, – deyə Gürcüstanın eks-prezidenti bildirib.

İstinadlar oxu.az