“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tam sağalması üçün bir neçə ay lazım olacaq”.

Bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. 

“Yalnız qidalanma haqqında danışsaq, onun normal qidalanması bir-iki ay çəkəcək, lakin digər orqanların bərpası üçün vaxt lazımdır. Fikrimcə, ona bir neçə ay lazım olacaq”, – deyə kipşidze bildirib. 

O qeyd edib ki, Saakaşvili özünü zəif hiss etsə də, plana uyğun müalicə alır.

“Onun zəifliyi var və bu zəiflikdə qeyri-adi heç nə yoxdur. Təzyiq, digər laboratoriya parametrləri normal həddədir. Əlbəttə, bəzi göstəricilərin düzəldilməsinə ehtiyac var və bu, 5-6 günə başa çatmayacaq uzun prosesdir”, – deyə eks-prezidentin həkimi söyləyib. 

Müalicə prosesi başa çatdıqdan sonra Saakaşvili Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməyə davam edəcək. Müddət onun bu il oktyabrın 1-də həbs edildiyi andan başlayır.

 

İstinadlar Qafqazinfo