Odessa qubernatoru Mixail Saakaşvili Gürcüstana qayıtmaq və yenidən siyasətlə məşğul olmaq fikrindədir

Saakaşvili bu barədə “Rustavi” kanalına danışıb. Lakin o, bu hadisənin nə vaxt baş verəcəyini deməyib.

“Heç kəsin şübhəsi olmasın və bunu təhdid kimi qəbul etməsin. Mən Gürcüstan qayıtmaq və fəal şəkildə siyasi proseslərə qoşulmaq fikrindəyəm”.

Odessa qubernatoru bildirib ki, rəhbərlik etdiyi “Vahid milli hərəkat” partiyası yenilənməlidir. O, adını çəkmək istəmədiyi bir neçə siyasətçi ilə danışıqlar apardığını da deyib.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Ukrayna vətəndaşlığı qəbul etdiyi üçün Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığına son veriblər.