“AzərEnerji” ASC-nin 2024-2025-ci illərdə illik əsaslı xərclərini 2023-cü ildəki 696 milyon manata qarşı təqribən 340-350 milyon manat (200-210 milyon ABŞ dolları) təşkil edəcək.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin “AzərEnerji”nin emitentinin uzunmüddətli və qısamüddətli kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib.

Bu da sərbəst əməliyyat pul vəsaitlərinin illik müsbət dəyərinə səbəb olacaq.

“Sərbəst əməliyyat pul vəsaitlərinin orta axını 110 milyon manat təşkil edəcək. Eyni zamanda, kapital planını dəstəkləmək üçün 2024-2025-ci illərdə təxminən 1,2-1,3 milyard manata yeni borcların verilməsi ilə xalis borcun orta dərəcədə artacağını proqnozlaşdırırıq. Bu, növbəti iki il ərzində əməliyyat fəaliyyətindən əldə edilən vəsaitlərin (FFO) borc nisbətini 30 %-dən yuxarı qaldıracaq. Qeyd edək ki, hökumət “AzərEnerji”yə sərmayə qoyuluşunu davam etdirmək barədə göstəriş verərsə, kapital arta bilər”, – S&P hesab edir.

İstinadlar Report