Azərbaycanda 2027-ci ilə qədər neft hasilatı (qaz kondensatı da daxil olmaqla) sutkada 0,58 milyon barel təşkil edəcək.
“Neft hasilatı (qaz kondensatı daxil olmaqla) 2027-ci ilədək orta hesabla gündəlik 0,58 milyon barel səviyyəsində qalacaq. “Azəri-Çıraq-Günəşli” kimi əsas neft yataqlarının köhnəlməsi səbəbindən hasilat son illərdə davamlı olaraq azalaraq 2019-cu ildəki 0,79 milyon bareldən 2023-cü ildə 0,65 milyon barelə düşüb. Hesab edirik ki, 2024-cü ildə hasilat orta hesabla gündəlik 0,58 milyon barel təşkil edəcək və növbəti bir neçə il ərzində bəzi yataqlardakı davamlı azalmanın digərlərindəki kiçik əlavə güclər hesabına kompensasiya edilməsi nəticəsində hasilatda müəyyən sabitləşmə baş verəcək”, – agentlik qeyd edib.
“S&P”nin qiymətləndirmələrinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri hasilatdakı azalmanı yavaşlatmaq üçün əlavə investisiyalar yatıracaq.
“Lakin uzunmüddətli perspektivdə hasilat, çox güman ki, azalmağa davam edəcək”, – analitiklər hesab edirlər.
“S&P” proqnozlaşdırır ki, Azərbaycanda kommersiya qaz hasilatı ildə 36-37 milyard kubmetr səviyyəsində sabitləşəcək.
“Azərbaycanda qaz hasilatı Şahdəniz qaz yatağının ikinci mərhələsinin işlənməyə başladığı 2018-ci ildən əhəmiyyətli dərəcədə artıb və 16 milyard kubmetr platosuna çatıb. Ümumilikdə, hesab edirik ki, Azərbaycan pik qaz hasilatına yaxınlaşıb və bir neçə il ərzində bu səviyyəni qoruyub saxlayacaq”.
“S&P” analitikləri qeyd edirlər ki, uzunmüddətli perspektivdə Azərbaycanda qaz hasilatını artıra biləcək bir neçə layihə mövcuddur. Bunlara “Abşeron” yatağının ikinci mərhələsi (hasilatın ildə 1,5 milyarddan 5 milyard kubmetrə qədər artırılması), AÇG blokundakı dərin qatlardan hasilat, “Ümid”, “Babək” və “Qarabağ” yataqlarının işlənməsi daxildir.
“Bu layihələr planlaşdırma mərhələsindədir və hasilatın başlanması üçün bir neçə il tələb olunacaq (hər bir halda həyata keçirilmə qərarının qəbul edilməsi şərtilə)”, – məlumatda vurğulanır.
Agentlik hesab edir ki, Azərbaycanın Avropaya qaz ixracını artırması boru kəməri infrastrukturunun daha da genişləndirilməsini tələb edəcək: “Belə genişlənmə Azərbaycan və Avropa alıcıları arasında təchiz edilən qazın uzunmüddətli həcmləri və qiymətləri ilə bağlı razılaşmalardan asılı olacaq”.
“S&P” vurğulayıb ki, Azərbaycan hökuməti bərpa olunan enerji mənbələrinin inkişafını fəal şəkildə təşviq edir: