
Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir. Lakin bunu Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişi ilə əlaqələndirmək olmaz.
Bunu NATO-nun baş katibi Mark Rutte telemarafon zamanı efirdə deyib.
Baş katib əmin edib ki, bütün müzakirələrə baxmayaraq, Ukraynanın NATO-ya üzvlük məsələsi alyansın gündəmində qalır:
“Bu, Vaşinqton sammitinin nəticəsi idi: Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Heç nə də dəyişməyib. Biz Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağını deyəndə, bunun sülh sazişinin bir hissəsi olacağına söz vermədik”.