Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nun baş katibi olmaq şansı ilə bağlı nikbin olaraq qalır.

O bu barədə “Nieuwsuur” televiziya proqramına müsahibəsində bildirib.

“Mən qəti nikbinəm. Amma məsələ hələ həll olunmayıb”, – Rutte söyləyib.

Rumıniya Prezidenti Klaus İohannis də NATO-nun baş katibi postuna iddialıdır. Niderland mətbuatının yazdığına görə, Ruttenin namizədliyini ABŞ da daxil olmaqla 32 müttəfiq ölkədən 29-u dəstəkləyir. Yalnız Macarıstan, Rumıniya və Slovakiya buna qarşıdır.

İstinadlar Report