Ukraynada Rusiya sülhməramlı kontingentinin sabiq komandanı, Rusiya Qəhrəmanı Rüstəm Muradovun əmisi oğlu Salman Süleymanov Ukraynada öldürülüb.

Bu barədə məlumat yayılıb. 27 yaşlı S.Süleymanov vzvod komandiri olub. Yanvar ayından onları Ukrayna ilə sərhədə göndərmişdilər. Mənbə deyib ki, Salman Dərbənddə dəfn olunub.

Xəbərdə həmçinin deyilirdi ki, general Rüstəm Muradov da döyüşdə yaralanıb.

General Rüstəm Muradov yaxın qohuunun həlak olduğunu təsdiqləyib. Bununla yanaşı özünün yaralanması barədə xəbəri təkzib edib.

R.Muradov Rusiyanın Cənub Hərbi Dairəsi komandanının müavinidir.