Azərbaycan və Rusiya arasında ticarət əlaqələri yüksək səviyyədə inkişaf edir.

Bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Bakı Ekspo Mərkəzdə keçirilən “Made in BRICS & SCO” beynəlxalq sərginin açılış mərasimində deyib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə təmaslar davam etdirilir: “Ölkələrarası biznes əlaqələrinin inkişafında qarşılıqlı maraq görürük. Rusiyanın ticarət nümayəndəsi olaraq hər zaman həm Azərbaycan, həm də Rusiya şirkətlərinə etibarlı tərəfdaş tapmaqda dəstək göstərməyə hazırıq”.

O Bakını bu tədbirin keçirilməsi üçün məkan olaraq seçilməsini çox sevindirici hal kimi qiymətləndirib: “Bu sərginin ənənəvi olaraq burada keçirilməsinə ümid edirəm”.

Rusiyanın Azərbaycanda Ticarət-Sənaye Palatasının fəxri nümayəndəsi Mariya Suvorovskaya isə qeyd edib ki, sərgidə Rusiyanın bir sıra vilayətlərindən nümayəndələr iştirak edirlər: “Biz Rusiya istehsalçılarının Azərbaycan bazarına çıxışına dəstək verməyə hazırıq. Bunun üçün bu ilin fevral ayında Rusiyanın Azərbaycanda Ticarət-Sənaye Palatasının fəxri nümayəndəliyinin ofisi açılıb”.

İstinadlar Report