Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər.
Bunu “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
“Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62 %-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda iştirak edənlərin 39 %-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər”, – o qeyd edib.
Onun sözlərinə görə, bu gün dünyanın 135 ölkəsində islam maliyyəsi tətbiq olunur: “Lakin onların cəmi 57-si müsəlman ölkəsidir. İslam maliyyəsi hazırda dünyaya ildə 16 %-lik inkişaf verir, çünki o, rəqabətqabiliyyətlidir. Məsələn, Malayziyada islam bankçılığından ən çox Çin vətəndaşları istifadə edirlər”.