Kişi jurnalı “MAXİM”in hər il keçirdiyi gözəllik yarışmasının builki qalibi rusiyalı Viktoriya Tsuranova olub.

26 yaşlı Viktoriya 100 rəqibini geridə qoyaraq tacı əldə edib. O, “MAXİM”  jurnalının sentyabr sayının üz qapağında yer alacaq.

Universitet tələbəsi olan rus gözəl həmçinin aktiv “Instagram” istifadəçisidir. Onun 112 min təqibçisi var.