Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 338 uşaq ölüb, 610 uşaq isə yaralanıb.

Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, ən çox uşaq Donetsk (335 ), Kiyev (177 nəfər), Xarkov (170), Çerniqov (68), Luqansk (55), Xerson (52), Nikolayev (48), Zaporojye (31), Sumı (17) vilayətlərində xəsarət alıb.

Məlumata görə, 4 ay ərzində 948 uşaq müharibə zamanı müxtəlif dərəcəli xəsarət alıb.

Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2061 təhsil müəssisəsinə ziyan dəyib, 213-3 isə tamamilə dağılıb.

İstinadlar Report