Türkiyənin NATO-ya üzvlüyü, həmçinin xarici siyasətin bəzi məsələləri ilə bağlı fikir ayrılıqları Rusiyanı narahat etmir, ölkələr arasında prinsipial ziddiyət yoxdur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Aralıq dənizi: Roma dialoqu” mövzusunda beynəlxalq konfransda deyib.

“Bizim Türkiyə ilə hər hansı prinsipial fikir ayrılığımız yoxdur. Əminəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər iki müstəqil ölkənin öz siyasətini həyata keçirmək üçün birlikdə necə çalışdığına nümunədir. Onlar heç kim qarşısında əyilmirlər, ultimatum irəli sürmürlər, kənardan təsirə məruz qalmırlar. Odur ki, Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç bir maneə deyil”, – “TASS” Rusiya XİN başçısının sözlərini sitat gətirir.