Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər.
Bu barədə Rusiya İxrac Mərkəzinin saytında yayılan məlumatda deyilir.
Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, Rusiya və Azərbaycanın inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər. Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, developerlər və memarlıq büroları var.
Qeyd olunur ki, Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə ediləcək.