“Rusiyanın Primorsk diyarı və Azərbaycan ticarət dövriyyəsinin genişləndirilməsində, həmçinin turizm sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlıdır”.

Bu barədə Primorsk diyarının Birinci vitse-qubernatoru, hökumətin sədri Vera Şerbina Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayevlə görüşündə bildirilib.

O məlumat verib ki, 2021-ci ildə Primorskla Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə xeyli artıb: “524 min dollardan 1,5 milyon dollara qədər, yəni, təxminən, 3 dəfə. Primorsk diyarından Azərbaycana ixrac 5 dəfə, Azərbaycandan Primorsk diyarına idxal 2 dəfə artıb”.

İstinadlar Report