Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək.

“Aeroflot” Hava Yollarına məxsus olan “Pobeda” iyunun 3-dən etibarən Moskva-Bodrum müntəzəm reyslərini yerinə yetirməyə başlayacaq.

Bu marşrut üzrə uçuşlar ilk vaxtlar həftənin ikinci, üçüncü və altıncı günləri olacaq. Vnukovo hava limanından həyata keçiriləcək uçuşlar sentyabrın 1-dən gündəlik olacaq.

İstinadlar Report