Rusiyanın Oryol vilayətində neft anbarına dron hücumu olub.

Bu barədə “Astra” nəşri bildirib.

“Yerli sakinlərin sözlərinə görə, ilkin olaraq neft bazasına hücum edilib. Şahidlər azı bir yanacaq rezervuarının yandığını bildirirlər”, – məlumatda qeyd olunub.

Partlayış səslərindən öncə dron uğultusu eşidildiyi vurğulanıb.

Sözügedən regionun qubernatoru Andrey Klıçkov kütləvi dron hücumunun olduğunu təsdiqləyib, habelə “infrastruktur obyektində yanacaq alışmasının” olduğunu etiraf edib.

“Pilotsuz uçuş aparatlarının kütləvi hücumu nəticəsində infrastruktur obyektində yanacaq alışıb, vurulmuş PUA-ların qalıqları bir neçə fərdi evin pəncərələrini zədələyib”, – region başçısı teleqramda yazıb.

İstinadlar Report