Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
Bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.
Onun sözlərinə görə, “Şahid” dronunun zərbəsinə tuş gəlmiş çoxmərtəbəli binanın dağıntıları altından 10 yaşlı oğlan və onun 8 yaşlı bacısının meyitləri çıxarılıb.
Daha öncə xilasedicilər uşaqların valideynlərinin, habelə 7 aylıq bacılarının meyitini tapmışdılar.