Rusiyanın neft ixracından əldə etdiyi aylıq gəlir, sanksiyalara baxmayaraq, Ukraynada müharibə başlamazdan əvvəlki səviyyəni keçib.

Bu barədə “Bloomberg”in məqaləsində deyilir.

Oktyabrda Rusiyanın 11,3 milyard dollarlıq xalis neft gəlirləri ölkənin bu ay üçün ümumi xalis büdcə gəlirlərinin 31%-ni təşkil edib ki, bu da 2022-ci ilin mayından bəri ən yüksək göstəricidir. Bundan əlavə, agentlik Rusiyanın hazırda neft ixracından əldə etdiyi aylıq gəlirin Ukraynada müharibə başlamazdan əvvəlkindən də çox olduğuna diqqət çəkir və bunun sanksiyaların uğursuzluğunu göstərən daha bir fakt kimi vurğulayır.

Qeyd olunur ki, sanksiyaların tətbiqindən sonra Rusiya neftinin ixracı izlənməsi daha da çətin olan kiçik təşkilatlara keçib və bunun sayəsində Rusiya Federasiyası ixraca və qiymətlərə nəzarəti saxlaya bilib. Bundan əlavə, Rusiya Çin və Hindistana tədarükünü artırmağa başlayıb.

İstinadlar Report