“Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli itkilərinə baxmayaraq, Qərb kuratorları Kiyevdən hücuma keçməyi tələb edirlər”.
Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
O, Ukrayna Silahlı Qüvvələrinin son bir ayda 16 mindən çox hərbi qulluqçu, 16 təyyarə, 466 PUA və 400-dən çox tank itirdiyini iddia edib.
Müdafiə nazirinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri isə xüsusi əməliyyat zamanı aviasiyadan istifadəni təkmilləşdirir, yeni texnika və silahları mənimsəyir.
S.Şoyqu həmçinin Qərb silahlarının Ukraynaya çatdırılma marşrutlarına Rusiya qoşunlarının nəzarət etdiyini və onlara zərbələr endirdiyini açıqlayıb.