Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mirnoqrad şəhərinə aviazərbə endirib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları Rusiya ordusunun bu gün Mirnoqrada iki dəfə zərbə endirdiyini bildiriblər. İlk zərbə zamanı 72 yaşlı şəhər sakini aldığı yaralardan ölüb. İkinci zərbə isə pilotsuz uçuş aparatları ilə edilib və şəhərin girişində avtomobilin nişan alınması ilə 63 yaşlı qadın və 75 yaşlı kişi ölüb.

İstinadlar Report