Rusiyada mağazalar şəbəkəsinə malik olan Kalininqrad kəhrəba kombinatı (“Rostex” qrupuna daxildir) Azərbaycanda ticarət platforması açmağı planlaşdırır.
Bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.
“Honq-Konq və Azərbaycanda ticarət platformalarının açılması ilə bağlı danışıqlar aparılır”, – məlumatda bildirilir.
Hazırda kombinatın ticarət şəbəkəsi Kalininqrad vilayəti, Moskva və Sankt-Peterburqda yerləşən doqquz mağazadan ibarətdir. Zavod ilk mağazasını Çində açıb.