Rusiyanın İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində 17 nəfər həlak olub.

Hadisə bu gün səhər saatlarında 88 saylı məktəbdə olub. Keçmiş şagird təhsil müəssisəsinə daxil olaraq məktəblilərə atəş açıb. Hücumun qurbanları məktəblilər, o cümlədən birinci sinif şagirdləri, mühafizəçilər və müəllimlər olub.

Atəş açan şəxs intihar edib.

Daha əvvəl silahlı insident zamanı 11-i uşaq olmaqla, 15 nəfərin öldüyü bildirilib.

İstinadlar Report