Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kanduarov vəfat edib.

Bu haqda Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Təəssüflə bildiririk ki, noyabrın 8-də Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kandaurov vəfat edib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Kandaurov 2020-ci ilin dekabrında Gümrüdə baş konsul vəzifəsinə təyin edilib. O, 1996-cı ildən diplomatik xidmətdə olub, Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışıb.

İstinadlar Qafqazinfo