“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın daha bir şəhərinə – Mineralnıye Vodıya – aviabilet satışına başlayır.

AZAL-dan verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin www.azal-az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

İstinadlar Qafqazinfo