Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə edilməsi kimi niyyətimiz də olmayıb.

Bu sözləri Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, eyni zamanda Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir.

Qeyd edək ki, son günlər “Kommersant” qəzeti “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayıb.

İstinadlar axar.az