Rusiya Azərbaycanla dostluq və əməkdaşlığı inkişaf etdirməyi qarşısına məqsəd qoyub və Şimali Qafqaz respublikalarının rəhbərləri də bu tendensiyanı dəstəkləyir.

Bu barədə “Report”un Rusiya bürosuna açıqlamasında siyasi ekspert Yevgeni Mixaylov bildirib.

Ekspert qeyd edib ki, Şimali Qafqaz respublikaları ilə Azərbaycan arasında əlaqələrin səviyyəsi çox yaxşıdır: “Yeni birgə biznes layihələrinin həyata keçirilməsinə dair mütəmadi danışıqlar aparılır, mədəni tədbirlər keçirilir. Azərbaycanın və Şimali Qafqaz respublikalarının rəsmi nümayəndə heyətləri arasında tez-tez görüşlər keçirilir”.

İstinadlar Report