“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün üzvlərinin mövqeyi bəllidir – onlar Azərbaycan ilə hər hansı münaqişənin əleyhinədirlər”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Politoloq bildirib ki, KTMT dövlət başçılarının İrəvan görüşü Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baxımından əhəmiyyətli olacaq.

O vurğulayıb ki, müqavilə çərçivəsində hərbi əməkdaşlıqla yanaşı, Rusiya ilə Ermənistan arasında bu sahədə ikitərəfli sazişlər də mövcuddur. Belə bir şəraitdə İrəvan Moskvaya təzyiq edir, daha aktiv yardım tələb edir, əks halda Qərbə – Fransaya, ABŞ-a, NATO-ya üz tutmaqla hədələyir.

İstinadlar Report