Keçmiş SSRİ-nin kayak üzrə 2 qat olimpiya və 3 qat dünya çempionu Antonina Seredina vəfat edib.Keçmiş idmançı və məşqçi 86 yaşında ikən dünyasını dəyişib.

Rusiyanın Tver şəhərindən olan Seredina 1960-cı il Roma Yay Olimpiya Oyunlarında 1 nəfərlik və 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. O, həmçinin 1968-ci il Mexiko olimpiadasında 2 nəfərlik qayıqla eyni məsafəyə yürüşdə bürünc mükafatçı olub.

Tanınmış idmançının aktivində 8 qat Avropa və 15 qat SSRİ çempionluğu da var. 1960-cı ildə SSRİ-nin ən yaxşı idmançısı sayılan mərhum kayakçı 1970-ci ildə ən yaxşı məşqçi olub.