ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Qarabağı müzakirə etməklə bağlı təklifi qəbul etməyib.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun məlumatında qeyd olunub.

“ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri bu gün öz həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün söhbət aparıb. Təəssüflər olsun ki, rusiyalı həmsədr təklifi qəbul etməyib. Biz Minsk qrupunun işinin davam edəcəyinə ümid edirik”, – deyə məlumatda qeyd olunub.

 

İstinadlar Qafqazinfo