Müasur Türkiyənin Öyrənilməsi Mərkəzinin siyasi istiqamətinin rəhbəri, rusiyalı türkoloq Yuri Mavaşev bildirib ki, Suriyanın Əl-Bab şəhərində vəziyyət heç də İŞİD-in xeyrinə inkişaf etmir

Mavaşevin sözlərinə görə, türklər Əl-Babda nəzarəti ələ keçirə bilsələr, bundan sonra “Rakkaya yürüş” adlı əməliyyat başlayacaq.
“Buna yol verməmək üçün İŞİD qüvvələrini Əl-Bab istiqamətində cəmləşdirir və buna görə də, Türkiyə ordusu hazırda böyük itkilərlə üzləşir”, – Mavaşev deyir.
Qeyd edək ki, İŞİD 2014-cü ildə Rakkanı özünün paytaxtı elan edib. 300 min əhalisi olan bu şəhər Fərat çayının üzərində, Suriya və İraqdan gələn yolların kəsişməsində yerləşir. Rakkanın özü su-elektrik stansiyası və ətrafında xeyli neft quyuları var.
Lakin böyük itkilər o demək deyil ki, Ankara Suriyadan qoşunlarını çəkəcək. Əksinə, türklər hücunmlarının kəsərini daha da artıracaqlar. Bunu riusiyalı türkoloq deyir.
“Türkiyə Suriyada “ilişib”. Geri çəkilmə olmayacaq, çünki böyük miqdarda maliyyə, insan və hərbi ehtiyatlar sərf edilib. Həmdə nəzərə alın ki, burada söhbət Moskva ilə razılaşdırılmış Türkiyə maraqlarından gedir. Rusiya Əl-Babı Türkiyənin nüfuz dairəsi kimi qəbul edib. Bu cür razılaşmadan sonra oranı kim tərk edər? Bu real deyil”, – Mavaşev qeyd edib.
Onun sözlərinə görə, Ankara yeni ABŞ administrasiyası formalaşana qədər özü üçün Suriyada sərfəli status-kvo yaratmaq istəyir.