“Qarabağda baş verənlər Azərbaycanın xəbərdarlıq addımlarıdır. Bu addımlar ermənilər tərəfindən çoxsaylı atəşə tutulma hallarına, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh danışıqlarını pozmaq cəhdinə cavabdır”.

Bu sözləri “Report”un Rusiya bürosuna açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin Beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, baş verənlər Azərbaycanın növbəti 20 il ərzində gözləmək niyyətində olmadığını göstərir.

İstinadlar Report