OPEC+ ölkələrinin Nazirlər Komitəsinin görüşü iyunun 10-na yox, 6-na təyin olunubsa, iştirakçılar arasında bir çox fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olub.

Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq Mixail Nejmakov bildirib.

“Danışıqlardan müsbət rəsmi nəticə gözləməyə əsas verən amillər arasında Rusiyanın energetika naziri Aleksandr Novak tərəfindən dünya neft bazarında yaxın gələcəkdəki hadisələrə dair verilən proqnozu qeyd edərdim. Belə ki, nazirin fikrincə, artıq iyul ayında dünyada neft kəsiri gündəlik 3-5 milyon barelə çata bilər”, – ekspert qeyd edib.

Həmçinin iyunun 1-də ABŞ ilə Rusiya prezidentləri arasında telefon söhbətini xatırladan politoloq hər iki dövlət başçısının neftə tələbatın və bununla da qiymətlərin tədricən əvvəlki səviyyəyə qayıtmasına əlverişli şərait yaradan OPEC+ razılaşmasına verdikləri müsbət qiyməti qeyd edib: “Bu da OPEC+ formatındakı danışıqların iştirakçıları üçün həmin istiqamətdəki səyləri dəstəkləmək üçün əlavə stimul ola bilərdi”.

İstinadlar Report