“Ermənistan Azərbaycan sərhədində təxribat törədir. Ermənistan siyasi elitasının bir hissəsi danışıqlar prosesinə onları dəstəkləyən üçüncü ölkələri cəlb etmək istəyir”.

Bunu “Report”a rusiyalı millətlərarası münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov Azərbaycan – Ermənistan sərhədində gərginliyin artmasını şərh edərkən bildirib.

Onun fikrincə, bu cür addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər: “Erməni polotoloqları Ermənistanın dövlət olaraq uğursuz olmasını bildirirlər. Yəni bu ölkənin başbilənləri qonşularla yola getmir, əhalinin başını qisasçı şüarlarla qataraq iqtisadiyyatla məşğul olmurlar və bunlar dövlətçiliyi uçuruma aparır”.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gec-tez həll olunmalıdır, Ermənistan tərəfinin təxribatlar yolu ilə bunu uzatması onlara heç bir fayda gətirməyəcək: “Rəsmi Moskva da regionda sülh olmasında maraqlıdır. Yəni burada Rusiya sülhməramlılarının da birbaşa iştirakı ilə sərhədlərin tam şəkildə delimitasiyası və demarkasiyasından gedir”.

“Ermənistan üçün sülh sazişi imzalanaqdan başqa çarə görmürəm. Qalan bütün variantlar onların iflası olacaq. Bu məsələyə başqa ölkələri də cəlb etməyə çalışan erməni siyasətçiləri isə təəssüf ki, vəziyyətin ciddiliyini dərk etmir. Ermənistan regionda yalnız qatmaqarışıqlıq salmaq istəyir”, – rusiyalı ekspert bildirib.

İstinadlar Report