Böyük Britaniyada işləyən rusiyalı diplomatlar ölkə daxili səfərləri barədə London hökumətini xəbərdar etməlidirlər.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin rəis müavini Leo Doçertinin ölkə parlamentinin saytında dərc olunan yazılı açıqlamasında qeyd olunub.

Vurğulanıb ki, bu, rəsmi Moskvanın iyul ayında Britaniya diplomatik missiyalarının əməkdaşlarının Rusiya Federasiyası ərazisindən hərəkəti üçün bildiriş prosedurunu tətbiq etməsinə cavabdır.

İstinadlar Report