
“Azərbaycanın iki il əvvəl vərəqlədiyi səhifə tarixi ədalətin bərpası, qanla suvarılan səhifə idi”.
Bunu Dövlət Dumasının deputatı Oleq Şeyn deyib.
Deputat müasir dövrün verdiyi dərslərdən danışıb: “Müasirlik dərsləri sülhün əhəmiyyətindən danışır ki, qonşularınla mehribansansa, onlara dəyər verirsənsə, onlarla harmoniyadasansa, deməli, düzgün mövqe tutursan. Ona görə ki, qarşıdurma onun öz ölkəsinin ziyanına olan strateji nəticəyə gətirib çıxarır və düşünürəm ki, Zaqafqaziya tarixi bunu aydın şəkildə təsdiqləyir”, – o vurğulayıb.