Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğrayıb.

Hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

“Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo