Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən axşam rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakıdan gəldiyi avtomobildən yol ayrıcında düşən rayonun İsmətli kənd sakini, 1975-ci il təvəllüdlü Baxışov Rafət Abiddin oğlunu maşın vurub.

Xəsərət alan şəxs xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 5 ay öncə Rusiyaya işləməyə gedən R.Baxışov ötən gün ailəsinin yanına qayıdırmış.

Surxay Şahbazov

İstinadlar Qafqazinfo