
Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu (“Slavyansk EKO” MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb.
Bu barədə “Slavyansk EKO” şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudnev “İnterfaks”a deyib.
“Zərbələr olub, hazırda zavod bağlanıb, hüquq-mühafizə orqanları hadisə yerində işləyir”, – o açıqlayıb.