Rusiyanın Stavropol şəhərinin yüksək vəzifəli polis əməkdaşı, erməni Ruslan Abovyan güllənərək öldürülüb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Ruslan Abovyan Stavropolda polis şöbələrindən birində Cinayət-axtarış idarəsi rəisinin müavini işləyirmiş. Hadisə gecə saatlarında baş verib. Onda 9 güllə yarası aşkar edilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, orada ölüb.

İstinadlar Report