
Rusiya Federasiyasının Krasnodar vilayətində yük maşını ilə avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi yayıb.
Qeyd olunub ki, “MAN” markalı yük avtomobili “Yutong” markalı avtobusla toqquşub. Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanıb.
Vurğulanıb ki, sərnişin avtobusunda 49 sərnişin olub. Onların hamısı yanan maşından xilas ola bilib.