Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın və onun səbəb olduğu partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərdən 35-ə çatıb.

Bu barədə təcili xidmətlərdəki mənbə məlumat yayıb.

“Otuz beş nəfər, o cümlədən 1 uşaq xəsarət alıb. Onlardan 20-i xəstəxanaya yerləşdirilib. Yaralılardan 10-nun vəziyyəti ağırdır. Daha 10 nəfər orta dərəcəli xəsarət alıb. Eyni zamanda 16 nəfərə ambulator tibbi xidmət göstərilib”, – mənbə deyib.

Xəstəxananın həkimlərindən biri bildirib ki, zərərçəkənlərin hamısı yanıq xəsarətləri alıb. Onlar arasında 10 yaşlı uşaq da var.

İstinadlar Report