Rusiyanın Zabaykal diyarının Çita şəhərinin Antipixa qəsəbəsində 5 mərtəbəli yaşayış binasındakı partlayış nəticəsində 4-cü və 5-ci mərtəbələr dağılıb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Regional Polis İdarəsi hadisənin qaz partlayışı nəticəsində baş verdiyini bildirib.

İlkin məlumata görə, azı 5 mənzilə ziyan dəyib.

İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Dağıntılar altından 8 nəfər xilas edilib.

İstinadlar Report