Moskva ətrafında Serpuxov rayonunda yanacaqdoldurma məntəqəsində yanğın buxarından yaranmış partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, hadisə qaynaq işləri zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.

Hadisə yerində əməliyyat xidməti araşdırma aparır.

İstinadlar Report