Rusiyanın Ryazan əyalətinin eyniadlı şəhərindəki klinikalardan birində baş verən yanğın zamanı xəsarət alanların sayı artıb.

Qeyd edilir ki, N.A.Semaşko adına kliniki xəstəxanada qeydə alınan yanğın zamanı 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə xəstəxananın COVID-19 xəstələrinin müalicə edildiyi Reanimasiya şöbəsində baş verib. Hadisə zamanı şöbədə 10 tibb işçisi və 36 pasiyent olub.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın lokallaşdırılıb.

İstinadlar Report