Rusiyanın Ryazan şəhərində təyyarə qəzası baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ryazan vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

TASS-a mənbənin verdiyi məlumata görə, təyyarə qəzaya uğradıqdan sonra yanğın baş verib. Agentliyin həmsöhbətinin sözlərinə görə, İl-76 nəqliyyat təyyarəsi düşüb. Artıq yanğın söndürülüb.

Təyyarənin göyərtəsində 10 nəfər olub. Mənbənin sözlərinə görə, 5 nəfər xəsarət alıb.

İstinadlar Qafqazinfo