Rusiyanın Adıgey Respublikasının Ali Məhkəməsi kürd etnik qrupuna mənsub qadınların hüquqlarını müdafiə etdiyi iddia olunan “Beritan” İctimai Birliyini terrorçu PKK/YPG-PYD qruplaşması ilə bağlı fəaliyyət göstərdiyi üçün bağlayıb.

Məlumatı “Hurriyet” yayıb.

“Cəmiyyət siyasi fəaliyyət göstərdiyi üçün bağlanıb. Bu, onun nizamnaməsinə və Rusiyanın vətəndaş cəmiyyəti quruluşu haqqında qanunlara ziddidir”, – deyə məhkəmənin açıqlamasında vurğulanıb.

Bildirilib ki, “qadın hüquqlarının müdafiəsi” adı altında bu təşkilatın nümayəndələri İraqdakı Kürdüstan Demokrat Partiyasının aksiyalarına və Türkiyəyə yönəlik siyasi xarakterli açıqlamalar verib.

“Beritan” İctimai Birliyi 2015-ci ildə Adıgey Respublikasının Beloye rayonunda təsis edilib.

İstinadlar Report